Zelenskinin Türkiyəyə səfəri başlayıb
Ukrayna prezidenti Volodımır ZelenskininTürkiyəyə işgüzar səfəri başlayıb.
Report-un xəbərinə görə, səfər çərçivəsində dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.
Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: