Pentaqondan Rusiyaya çağırış: "Bu addım düzgün deyil"

Bunu Pentaqonun mətbuat katibi Con Kirby deyib.
O, Rusiyanın Ukraynanın şərq sərhədlərinə ordu toplaması haqqında danışıb.
Kirby Moskvanın niyyətinin şəffaf şəkildə ortaya qoymadığına diqqət çəkərək Ukrayna sərhədlərinə hərbçilər toplanmasının narahatlıq yaratdığını, bu addımın regionun sabitliyinə töhvə verməyəcəyini bildirib.
Rusiyanın regionda təşkil etdiyi təhdidi diqqətə aldıqlarını bildirən Kirby əlavə edib ki, Rusiya əraziyə çox böyük ordu toplayıb: “Bu, 2014-cü ildən bu yana gördüyümüz ən böyük hərbi gücdür".
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: