ABŞ-da koronavirusa yoluxanların sayı 11 nəfərə çatdı
ABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub.
RİA Novosti-nin verdiyi məlumata görə, ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları 11-ə çatıb.
Bildirilir ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmiş yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı.
Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: