Bakıda avtomobil polisi vuraraq öldürüb

Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, “Prado” markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.
Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır./report
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: