"Bu qətldə Mövlam Şıxəliyevin əli olub..." - SƏİD DADAŞBƏYLİDƏN ŞOK AÇIQLAMALAR
Bu sözləri Gununsesi.info-ya açıqlamasında MTN tərəfindən şərlənən 14 ilə yaxın məhbəs həyatı yaşayan Səid Dadaşbəyli bildirib.

Qeyd edək ki, Mövlan Şıxəliyev bu günlərdə həbs edilib.
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Globall.az
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: