Ermənistan ordusunun bunkeri belə olub - Qənimətlər parkından videoreportaj /VİDEO

Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat sərgilənir.
Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonu, Nobel prospektində 5 hektar ərazidə Hərbi Qənimətlər Parkı salınıb. Parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.
Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir.
Hərbi Qənimətlər Parkı ərazisində yaradılmış video təqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.
Parkda döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə aşkarlanan erməni hərbçilərinin mulyajları sərgilənir. Eyni zamanda, burada Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi yaradılıb./qafqazinfo
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: