Bu dərman COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldır
Bu barədə Report-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.
Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasın COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs edir.
Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyasın COVID-19 xəstələrinə pozitiv təsirlərindən bəhs edir.
- Budesonid almayan kontrol qrupla müqayisədə Budesonid alanların temperaturu daha az davam edib
- İki həftədən sonra onların qalıcı simptomları daha az olub və buna görə də "Long COVID" simptomlarının da qarşısını ala biləcəyi düşünülür
- Budesonid alan xəstələr temperatur salıcı dərmanlardan da çox qısa müddət istifadə ediblər
- Budesonidin qəbulu təxminən 90%-ə qədər xəstəxanaya düşmə riskini azaldır. Bu dərmanın simptom başlayandan 3 gün sonraya qədər qəbulu zamanı rast gəlinib
- Yüngül yan təsirləri isə çox az hallarda rast gəlinib, təxminən 7%-ə qədər.