ABŞ Almaniyadakı hərbçilərinin sayını artırır
“Reuters” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Berlinə səfəri zamanı almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə təsdiqlənən və 12 min amerikalı hərbçinin Almaniyadan çıxarılmasını nəzərdə tutan plan ləğv olunub: “Fikrimcə, bizim əlavə 500 hərbçi ilə bağlı təyinatımız NATO-ya sədaqətimiz və tərəfdaşlığımızın səviyyəsindən xəbər verir”.
Qeyd edək ki, D.Tramp rəsmi Berlinlə aralarında olan müdafiə xərclərinə dair mübahisələrə görə ABŞ-ın Almaniyadakı hərbçilərinin üçdə birini ixtisara salmaq haqqında qərar qəbul etmişdi.
Bu il fevralı 4-də ABŞ prezidenti Cozef Bayden bildirmişdi ki, müdafiə naziri Lloyd Ostin məsələni nəzərdən keçirəndən sonra qoşunların çıxarılması müddətini azaldacaq.