Bakı polisindən gecə klubunda əməliyyat
Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.
APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanılıb. Ondan 0,23 qram para-metoksimetamfetamin götürülüb.
Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.
Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket para-metoksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket metamfetamin aşkar edilib.
Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 534
Xəbəri paylaş
Paylaş: