Rusiyanın 4 xüsusi təyinatlısı minaya düşdü və yaraqlıların əlinə keçdi-
Güllələdilər
Suriyada Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələrinin 4 zabitinin həlak olduğu üzə çıxıb.
Bu haqda “Baza” Telegram-kanalı bildirir.
Məlumata görə xüsusi təyinatlıların getdiyi avtomobil Hələb ətrafında minaya düşüb, bundan sonra xüsusi təyinatlılar yaraqlıların əlinə keçib və onları güllələyiblər. Həlak olanlar mayor Ruslan Q., mayor Bulat A., kapitan Dmitri M. və leytenant Vsevolod T.-dir.
Digər mənbə xüsusi təyinatlıların getdiyi avtomobilin əvvəlcə minomyotla vurulduğunu bildirir. Hadisə fevralın 1-də baş verib. Sosial şəbəkələrdə ölənlərin tam adları və fotoları da yayılıb.
Oxunub: 436
Xəbəri paylaş
Paylaş: