Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib - VİDEO
Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.
TASS xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarında şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.
Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: