Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu
Son olaraq İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları növbəti raunda vəsiqə qazanıblar.
1/4 finalda "kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçə edərək, adını yarımfinala yazdırıb.
"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Almaniya "Borussiya"sına Dortmundda da eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə "Borussiya"nın minimal hesablı üstünlüyü ilə başa çatıb.
İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.
Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75
İlk oyun - 1:2
İlk oyun - 1:3
Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.