Təhlükəsizıiyə zəmanət verən ölkədən təhlükə -
"Ukrayna nüvə statusunu geri istəməlidir"
Qərb ölkələri Ukraynaya nüvə statusunun qaytarılması barədə düşünməlidir.
Bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
“Ukraynanın təkcə mənəvi dəstəyə yox, həm də müasir silah sistemlərinə ehtiyacı var. Yəqin ki, nüvə statusu haqqında düşünməyə dəyər”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna nüvə silahından 1994-cü ildə imtina edib. Onun nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət verən ölkələr ABŞ, Britaniya və Rusiyadır.
Rusiya təhlükəsizliyinə zəmanət verdiyi ölkənin ərazisinin bir hissəsini – Krım da daxil olmaqla – 2014-cü ildən işğal edib./axar.az
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: