Azərbaycan qaz ixracını bir ildə 45 % artırıb
Bu ilin birinci rübündə Azərbaycan 5,128 milyard kubmetrdən artıq qaz ixrac edib.
Report xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 % çoxdur.
Qaz ixracının artımı əsasən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi ilə bağlıdır.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: