9-u Azərbaycan vətəndaşı olmaqla 17 mafiya üzvü məhkəmə qarşısında
İstanbulda antiterror polisinin ötən həftə keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanan 17 silahlı mafiya üzvü bu gün barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, saxlanılanlardan 9-u Azərbaycan, 1-i Rusiya, 2-i Ukrayna, 5-i Gürcüstan vətəndaşıdır. Onların arasında “Kvejoviç” ləqəbli “vor zakon” Quram Çixladze də var.
Polis saxlanılanların killərlər olduğunu ehtimal edir. Onlar Sarıyer, Gaziosmanpaşa və Kağıthane rayonlarında eyni vaxtda keçirilən əməliyyat zamanı yaxalanıblar. Saxlanılanlardan çoxlu sayda silah-sursat, o cümlədən AK-47 avtomatı aşkar edilib.
Xəbərə görə, killerlər qrupunun rəhbəri olan Quram Çixladze Sarıyerdə lüks villada yaxalanıb. Onun zirehli avtomobil istifadə etdiyi bildirilir. Polis yanvarın 31-də keçirilmiş xüsusi əməliyyatın görüntülərini də yayıb.
Oxunub: 444
Xəbəri paylaş
Paylaş: