"Lotu Quli"yə sui-qəsdə görə tutulan azərbaycanlıların kimliyi bilindi (ADLAR - FOTOLAR)
Türkiyədə "Lotu Quli" ləqəbli Nadir Səlifova sui-qəsdə görə Quram Çixladze ilə birlikdə həbs olunan azərbaycanlıların bəzilərin adı məlum olub.
Bunlar "Emin Naxçıvanski" ləqəbli Emin Qasımov, Vahid Əliyev(Vaxa Bakinski), Fuad Quliyev (Fuad Sumqayitski)dir.
Qeyd edək ki, adı çəkilən şəxslər mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarıdır.
Bir ay bundan əvvəl adıçəkilən şəxslər “Lotu Quli”nin yaxın qohumu Maqa Rustavskini (Məhəmməd Qurbanov) bıçaqlayıblar. Hadisə İstanbuldakı restoranların birində baş verib.
Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.
BakuPost