Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib
Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına məxsus partladıcılar ələ keçirilib.
Türkiyə mediası xəbər verir ki, Hakkarinin Çukurca rayonunda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda xeyli sayda silah-sursat və partladıcılar aşkarlanıb.
Əməliyyatda Şəhər Jandarm Komandanlığı və Şəhər Polis İdarəsinin əməkdaşlarının da daxil olduğu komandalar iştirak edib. PKK terror təşkilatına məxsus 14 tank əleyhinə minaatan, 6 ədəd əldə qayırma partladıcı, RPG-7 minaatan, 2 müdafiə tipli əl qumbarası, 185 metrlik kabel, lampalar, günəş paneli, ağrıkəsicilər və digər tibbi ləvazimatlar ələ keçirilib.

Oxunub: 307
Xəbəri paylaş
Paylaş: