“Rusiya Avropa üçün təhlükədir”-
AFR Müdafiə naziri
Almania Federativ Respublikasının (AFR) Müdafiə naziri Anneqret Kramp-Karrenbauer hesab edir ki, Rusiyanın silahları və Moskvanın Avropaya sırıdığı «hərbi fəaliyyəti» bölgə üçün real təhlükədir.
Onun sözlərinə görə, bu, qitə üçün «konkret və birbaşa» təhlükə yaradır. Bu zaman Kramp-Karrenbauer qeyd edib ki, bu sözləri «anti-Rusiya» çıxış kimi qəbul etmək lazım deyil. Bu, «mühüm syasi faktdır» və Almaniya və Avropa üçün fəal ehtiyatkarlıq tədbirlərini qaçılmaz edir.
“Konrad Adenauer” Fondu tərəfindən təşkil olunmuş konfransda o, bildirib ki, mövcud silahlar üzrə müqavilənin əksinə və əleyhinə olaraq, Rusiynın raketləri var. Nazir hesab edir ki, bu raketlər «Almaniyanı vura bilər».
O, həm də ölkə daxilində Rusiya ordusunun yerdəyişməsini şərh edərək bildirib ki, bu hərəkətlər «inam yaratmağa kömək etmir, əksinə, reaksiya doğurur».
Mart ayında NATO Baş katibi Yens Stoltenberq Rusiyanı aqessiv davranışda günahlandırıb və bəyan edib ki, onun fəaliyyətini dayandırmaq lazımdır. Onun sözlərinə görə, belə situasiya alyansın müdafiə fəaliyyətini gücləndrməyi və maliyyəsini artırmağı tələb edir.
Kramp-Karrenbauer isə öz növbəsində, Rusiyanın davranışı əsasında silahlanmaya çəkilən yüksək xərcləri qeyd edib.