Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb -
3 003 794 insan ölüb
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.
Məlumata əsasən, ardıcıl dördüncü gündür ki, yeni yoluxma sayı 800 min nəfəri keçir.
Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 809 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 11 mindən çox olub.