Aleksey Navalnı xəstəxanaya köçürülüb
Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.
RBK xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.
Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terapiyası təyin olunub”.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: