Əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə:
Maska rejimi ləğv edildi, insanlar çimərliyə axışdı
İsrail peyvənd şirkətləri ilə razılaşmalar nəticəsində ümumilikdə 24 milyon doza koronavirus peyvəndi alaraq ölkə daxilində əhalisi 100 faiz vaksinasiya edilən ilk ölkə oldu.
DHA xəbər verir ki, ölkədə açıq havada maska taxmaq məcburiyyəti də aradan qaldırılıb.
Bunu fürsət bilən insanlar Təl-Əvivdəki çimərliklərə axışıblar.
Qeyd edək ki, 9 milyondan çox əhalisi olan İsraildə pandemiya başlayandan 837 160 nəfərdə koronavirus aşkarlanıb, 6 338 nəfər ölüb.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: