Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin siyahısı genişlənib - FOTO

Azərbaycan yanvar-mart ayları ərzində beş ölkəyə təbii qaz ixracı həyata keçirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövr ərzində ölkədən cəmi 6 milyard 165,4 milyon kubmetr həcmində təbii qaz ixrac edilib və onun ümumi dəyəri 857 milyon 67,7 min dollar olub.
İlin birinci rübündə Türkiyəyə 4 milyard 118,6 milyon kubmetr həcmində (548,9 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 494,2 milyon kubmetr həcmində (203,9 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.
Eləcə də, İtaliyaya - 435 milyon kubmetr (89,9 milyon dollar dəyərində), Bolqarıstana - 59,7 milyon kubmetr (8 milyon dollar), Yunanıstana - 57,7 milyon kubmetr (16,2 milyon dollar dəyərində) ixrac baş tutub.

Əlavə edək ki, yanvar-fevral ayları ərzində Azərbaycanın təbii qaz satışı həyata keçirdiyi ölkələr siyahısında olmayan Yunanıstan mart ayından etibarən bu siyahıya daxil olub.
Nigar Məmmədova
Oxunub: 550
Xəbəri paylaş
Paylaş: