Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
ÇÖRÇİLL niyə Ədəbiyyat üzrə NOBEL MÜKAFATINA layiq görülüb?
Press-fakt.az
    
  • İsrail MN:
    İsrail MN: Hermon dağının işğalını davam etdirəcəyik
  • 
  • ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR...
    ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR... General ZALUJNI -“The Guardian”ın ŞƏRHİ
  • 
  • Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? -
    Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? - Araşdırma
  • 
  • Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb - 
    Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb -  Paytaxtda ən çox və ən az qazanan kimlərdir?
  • 
  • “Nüvə bombası düzəltmək istəyirdik, amma...”-
    “Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
  • 
  • "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"-
    "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
  • 
  • SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB -
    SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB - TƏSİRLƏRİ HƏLƏ DƏ DÜNYADA QALIR
  • 
  • Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR:
    Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR: Yolun sonu gəldi!
  • 
  • Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı -
    Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı - SƏBƏB
  • 
  • Hansı universitetlərdə əlavə təqaüdlər verilir?- 
    Hansı universitetlərdə əlavə təqaüdlər verilir?-  SİYAHI
  • 
  • Trampdan Qəzza bəyanatı:
    Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq
  • 
  • ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?-
    ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?- "Kreditlərin əhatə dairəsi geniş olmalıdır..."
  • 
  • Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
    Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
  • 
  • Bu tələbələrə Prezident təqaüdü -
    Bu tələbələrə Prezident təqaüdü - ayda 350 manat veriləcək
  • 
  • Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
    Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
  • 
  • DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ -
    DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ - Cənubi Qafqazın adı keçmir, amma...
  • 
  • Ukrayna artıq Pentaqondan icazə istəmir:
    Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
  • 
  • ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
    ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
  • 
  • RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB -
    RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB - ŞOK İDDİA
  • 
  • Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
    Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
  • 
  • AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR -
    AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycanda 3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib
  • Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq - ƏƏSMN
  • Səlim Müslümov həbs olunub! - Sabiq nazir nədə ittiham olunur?
  • Qaziləri narazı salan əsas problem - Əlillik dərəcəsi necə təyin olunmalıdır?
  • Əlillik necə təyin olunur? - VİDEO
  • MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"- Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?

    • Tarix: 21-04-2021, 10:36



    Azərbaycanın pensiya qanunvericiliyi ona edilən dəyişikliklərin, xüsusilə də mürəkkəb və anlaşılmaz dəyişikliklərin sayına görə Ginnesin rekordlar kitabına düşəcək qədər zəngindir.
    Ancaq nə yazıq ki, bu dəyişikliklər nəticə etibarilə rahat, əhali üçün əlçatan, anlaşılan, yaşlı, əlil, imkansız insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sistemin formalaşması ilə nəticələnməyib, əksinə, əhalinin ən çox şikayətçi olduğu bir sitemə çevrilib.

    Bunu isbat etmək üçün uzağa getmədən, sadəcə küçəyə çıxıb 10-15 pensiyaçı arasında sorğu aparmaq kifayətdir.
    Eynilə də əlillik dərəcəsinin təyinatı, əlillik müavinətlərinin, həmçinin ünvanlı sosial yardımların verilməsi, bölüşdürülməsi qaydaları və onların məbləği barədə də sorğu aparsanız eyni mənzərə ilə rastlaşarsınız- narazılıq, şikayət, etiraz.

    Səlim Müslümovun dövründə, şəxsən özünün iştirakı ilə hazırlanan və keçilməz labirinti xatırladan pensiya qanununun o qədər əyər-əskiyi var ki, sadalamaqla bitməz.

    Onun tətbiqi isə misal üçün şərəfli peşə sahibi adlandırdığımız müəllimi, eynilə də dövlət müəssisələrində işləmiş, aşağı əməkhaqqı almış həkimdən tutmuş fəhləyə qədər hamını “pensiya yaşına çatmış dilənçi” kökünə salıb. Çünki bu adamların aldıqları 200 manat civarındakı pensiya onların ayın bu başından o başına normal qidalanıb sağ-salamat çıxmasına imkan vermir, hələ bunun par-paltarı, dava-dərmanı, kommunal xərclərini və s. demirik.



    Ancaq əvəzində polis, prokurorluq, vergi işçiləri, hakimlər, icra orqanlarında yüksək vəzifə tutmuş şəxslər, deputatlar və digər bu qəbildən olan şəxslər həddən artıq yüksək pensiya alırlar. Soruşan lazımdır ki, niyə, hansı xidmətlərinə görə?

    Təbii ki, texniki baxımdan pensiya məbləğləri arasındakı fərq belə izah oluna bilər ki, sadaladığımız şəxslər əmək haqları yüksək olduğu üçün daha böyük pensiya kapitalı toplayıblar və buna görə də daha yüksək pensiya alırlar. Bəs o zaman hanı sosial ədalət prinsipi?

    Məgər müəllimin, yaxud həkimin zəhməti, xalq qarşısındakı xidməti yuxarıda sadaladığımız peşə sahiblərindən azmı olub? Onların günahıdırmı ki, uzun illər boyu dövlətin onlara verdiyi rəsmi əmək haqqı qəpik-quruş olduğu üçün hesablarına yığılan pensiya kapitalı azdır?

    Yaxud təkcə hansısa sahibkarın yanında çalışan və hər an işini itirmək qorxusundan aldığı əmək haqqının rəsmiləşdirilməsini tələb edə bilməyən, bununla da pensiya kapitalı yığılmayan vətəndaşmı günahkardır ki, ölkədə hələ də əmək qanunvericiliyi tam gücü ilə işləmir?

    Ümumiyyətlə, əvvəlcə sərvətlərin ədalətli bölgüsü aparılmadan, insanlara normal iş, rəqabət mühiti, qazanc əldə etmək imkanları, eləcə də özəl sektora effektiv nəzarət-uçot sistemi yaradılmadan belə bir pensiya qanununun hazırlanması və tətbiqi müsbət nəticə verə bilməzdi və vermir də.

    Söhbət pensiya kapitalından düşmüşkən, bir statistikaya xüsusi diqqət yetirməkdə fayda var. Azərbaycanda bütün ölümlərin 41 faizi 65 yaşa qədər insanların payına düşür. Həmçinin, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Bu, ölkəmizdə erkən ölümün yüksək, hətta kritik həddə olmasıyla yanaşı, həmin şəxslərin illər boyu topladığı pensiya kapitalının sonrakı taleyi barədə də düşünməyə əsas verir.



    Faktiki olaraq, insan pensiya yaşına çatmamış vəfat edibsə, onun yığdığı pensiya kapitalının yalnız yığım hissəsi varislərinə ödənilir, sığorta hissəsi isə verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalır. Deməli, sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulu tam qaytarılmır. Bunu ədalətli saymaq olarmı?

    Mövcud sistemin naqisliyi özünü həm də onda göstərir ki, işsizlər, iş axtara-axtara qocalanlar, günəmuzd işləyənlər, rəsmi maaşı, əmək müqaviləsiz olmayanlarla yanaşı işləyənlərin də əhəmiyyətli hissəsi 65 yaşına çatsa da belə pensiya deyil, 130 manat qocalıq müavinəti almalı olacaq.

    Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.
    Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

    Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.
    Əgər kimsə işləyirsə, ayda 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa, onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

    Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.



    Yəni, bir şəxs uzun müddət işləyib hazırda tələb olunan 28800 manat minimum pensiya kapitalını yığsa da, sabah (məsələn, təqaüdə çıxmasına bir-iki il qalmış) minimum pensiya məbləği 50 manat artırılarsa, dərhal pensiyaya almaq hüququndan məhrum olur. Belə pensiya sistemi anti-milli deyil, nədir?

    Yaxud, olsun əlillik dərəcəsinin təyinatı və əlilliyə görə müavinətlərin məbləği. Müavinət məbləğlərinin çox aşağı olması və əlillərin normal yaşayışını təmin etməməsi birmənalıdır. Ancaq bəla bununla bitmir.

    Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib və nəticədə büdcənin on milyonlarla manat vəsaitinə qənaət edilib. Bu, çox yaxşı və təqdirəlayiq haldır.
    Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır və saxtakarlıqla mübarizənin effektivliyini göstərir.



    Lakin bu xeyirxah işi görənlər əlilliyə görə müavinətləri dayandırılan və bu səbəbdən Travmatologiya və Ortopediya İnstitutundan tutmuş Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qədər bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumuna da diqqət yetirsələr pis olmaz.
    Bu adamlardan müavinətlərinin bərpası üçün yenidən komissiyadan keçmələri tələb olunur. Olsun. Lakin eyni zamanda da onlara bildirilir ki, növbə böyük olduğundan komissiyanın qəbuluna ən yaxşı halda 4-5, pis halda 8-9 aya düşə biləcəksiniz. Nəticədə çoxları özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum edilirlər. Bu adamların həmin müddətdə nəylə dolanacağı, dava-dərman alacağı və s. isə görünür, heç kimi maraqlandırmır.

    Olmazmı ki, müavinətlər yalnız müvafiq komissiyaların vətəndaşın özünün iştirakı ilə yoxlama keçirməsindən və əlilliyin saxta olduğu təsdiqlənəndən sonra dayandırılsın? Necə deyərlər, “qulağı kəsib saymaqdansa, sayıb sonra kəsmək” doğru olmazdımı?

    Axı, hazırda ortada gerçəkdən əlil olduqları halda, aylarla növbə gözləməli olan və müavinətdən məhrum edilən minlərlə vətəndaşımız var. Bu, o deməkdir ki, qurunun oduna yaş da yanır. Deməli, belə çıxır ki, əlilliyə görə verilən müavinəti bir andaca ləğv etmək olar. Onun bərpası isə nəinki bir anda, bir gündə, heç bir ayda da yox, bir neçə ayda və bu templərlə bəlkə də bir il ərzində mümkün olacaq.

    Ümumiyyətlə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətlərini ucdantutma “baltalamaq” nə dərəcədə düzgün addımdır? Belə təəssürat yaranır ki, əsas məqsəd dövlətin sosial xərclərini ədalətli bölüşdürməkdən daha çox həmin vəsaitlərə mümkün qədər qənaət etmək, verilənləri də geri qaytarmaqdır.

    Axı, Müslümovun, Ələkbərovun, yaxud Nağıyevin vaxtında kimlərəsə saxta əlillik dərəcəsi verilməsinin, müvafiq nəzarət qurumlarınınsa səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından buna göz yumulmasının cəzasını sıravi əlil vətəndaş niyə çəkməlidir?



    Nədənsə, Əli Nağıyevdən tutmuş üzü bu tərəfə əhalidə əmək nazirlərinə qarşı heç vaxt simpatiya olmayıb. Yəqin ki, bunu həmin nazirlərin şəxsi keyfiyyətlərindən daha çox ümumilikdə sosial siyasət, pensiya, müavinət, sosial yardım sistemi şərtləndirir. 

    Vəziyyəti müəyyən dərəcədə düzəltməli olan və ilk olaraq, müəyyən ümidlər doğuran elektron müraciət sistemi isə mükəmməllikdən xeyli uzaq olduğunu göstərdi...

    Bəli, təəssüf ki, hazırda Səlim Müslümovdan qalma, şəxsən onun iştirakı və təşəbbüsü ilə hazırlanan pensiya qanunu qüvvədədir və işləyir. Görünən də odur ki, bundan imtina etmək fikirləri yoxdur.

    Eynilə də əlilliyin, sosial müavinətlərin təyinatı qaydaları və məbləğlərində prinsip etibarilə ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki qədər olmasa da, bir çox hallarda süründürməçilik, haqsızlıq, biganəliklə qarşılaşmalı oluruq. Deməli, Səlim Müslümov getsə, hətta həbs olunsa da belə, onun ədalətsiz və müəyyən mənada anti-milli “irsi” qalır və yaşayır... 

    Cəlal Məmmədov

    Oxunub: 326
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      26-08-2025
      14:15 | İsrail MN: Hermon dağının işğalını davam etdirəcəyik
      14:00 | ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR... General ZALUJNI -“The Guardian”ın ŞƏRHİ
      13:45 | Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? - Araşdırma
      13:41 | Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb -  Paytaxtda ən çox və ən az qazanan kimlərdir?
      13:30 | “Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
      13:23 | "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
      13:00 | SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB - TƏSİRLƏRİ HƏLƏ DƏ DÜNYADA QALIR
      12:50 | Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR: Yolun sonu gəldi!
      12:45 | Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı - SƏBƏB
      12:40 | Hansı universitetlərdə əlavə təqaüdlər verilir?-  SİYAHI
      12:35 | Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq
      12:25 | ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?- "Kreditlərin əhatə dairəsi geniş olmalıdır..."
      12:15 | Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
      12:00 | Bu tələbələrə Prezident təqaüdü - ayda 350 manat veriləcək
      11:55 | Orduda polkovnik da daxil olmaqla 35 HƏRBÇİ BİR-BİRİNİ GÜLLƏLƏDİ
      11:44 | Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
      11:35 | DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ - Cənubi Qafqazın adı keçmir, amma...
      11:30 | Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
      11:22 | ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
      11:17 | RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB - ŞOK İDDİA
      11:10 | Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
      11:05 | AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
      11:00 | Ərdoğandan Zəngəzurla bağlı MÜHÜM MESAJ
      10:55 | Ötən həftə döyüşlərdə 7000-dən çox əsgər ölüb -  TRAMP
      10:53 | Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı işdən çıxarıldı
      10:45 | Pensiya yaşına çatıb PENSİYA ALA BİLMƏYƏNLƏRİN SAYI 166 MİNİ KEÇDİ
      25-08-2025
      19:30 | Rusiya Baş prokuroru istefa verir -  Ali Məhkəməyə sədrlik etmək istəyir
      19:15 | TRIPP-lə TRAMP İRANA ZƏRBƏ VURDU - “Fox News”-un ŞƏRHİ
      19:05 | “İlham, siz böyük lidersiniz”- Tramp Prezidentə hədiyyə göndərdi - FOTO
      19:00 | Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək -  XƏBƏRDARLIQ
      18:55 | Rəqsanənin ərinə də cinayət işi açıldı -  Ölkədən çıxa bilməz /FOTO
      16:05 | Quş qripi TƏHLÜKƏSİ - Bu ölkələrdən idxal MƏHDUDLAŞDIRILDI
      16:00 | ALİ MƏKTƏBLƏRƏ BUİLKİ KEÇİD BALLARI AÇIQLANDI - Linklər
      15:45 | Putin və Pezeşkian Cənubi Qafqazı MÜZAKİRƏ EDİB
      15:40 | Şahin Şıxlinski AĞIR DURUMDA - Hər an ölüm təhlükəsi var
      15:35 | Əhməd əş-Şara BMT Baş Assambleyasında çıxış edəcək
      15:30 | Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
      15:25 | “Avropa liderləri TRAMPA YALTAQLIQ ETMƏYİ SEÇDİLƏR”- Financal Times
      15:15 | Norveç Ukraynaya 8,45 milyard dollar ayıracaq - Yonas Qar Stere
      15:10 | İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
      13:15 | Rayonlarda ətin qiyməti qalxıb...- Bakıda da qiymətlər yenidən arta bilər
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
      12:50 | Universitetlərdə 3 mindən artıq boş yer qalıb -  TARİX AÇIQLANDI
      12:45 | Türkiyə hərbi kontingent göndərilməsi barədə hələ QƏRAR VERMƏYİB
      12:40 | TAKSİ sürücüsü olmaq istəyənlər İMTAHAN VERƏCƏK -  RƏSMİ
      12:35 | Viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
      12:30 | TÜRKİYƏ UKRAYNAYA QOŞUN GÖNDƏRƏCƏK? -  Rusiya narahatdır
      12:25 | Ötən il Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
      12:20 | ABŞ-dan gözlənilməz HƏMLƏ – NATO qüvvələri Rusiya ilə sərhəddə TOPLANDI
      12:15 | İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
      12:00 | “Sədərək” ticarət mərkəzindən yanğınla bağlı AÇIQLAMA
      11:55 | TRAMPIN QUDASI ABŞ-la Fransa arasında gərginliyə SƏBƏB OLDU -  DİPLOMATİK QALMAQAL
      11:45 | Rusiyanın strateji obyektləri VURULDU -  Ukrayna “Müstəqillik Günü”ndə qisas alır
      11:40 | MAGA-nın zaman maşını: Amerika 1950-Cİ İLƏ GERİ QAYIDIR
      11:35 | Paşinyandan erməniləri təşvişə salan elan: Bakıya verilən söz tutuldu
      11:30 | İran və "Avropa üçlüyü" arasında nüvə danışıqları sabah Cenevrədə keçiriləcək
      11:25 | LAVROVUN SSRİ “BURCUTMASI”...- XİN başçısı öz mesajından niyə imtina edir?
      11:20 | Gözünün qarşısında 2000 manat pulunu oğurladırlar -  DETALLAR /VİDEO
      11:15 | Əhali təşvişə düşməsin! - Yararsız döyüş sursatları məhv ediləcək
      11:10 | İsrailin Yəmənə hava hücumu: Ölən və yaralananlar var
      11:05 | Məhbusların həyatı indi Netanyahunun əlindədir - Zamir
      11:00 | NAZİR MƏCNUN MƏMMƏDOVUN "UNİKAL" KOMANDASI -  Ölkənin kənd təsərrüfatı kimlərin əlinə keçib? /FOTOLAR
      10:55 | İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür?
      10:50 | Dizellə işləyən avtomobillərlə bağlı MÜHÜM XƏBƏR - VİDEO
      10:45 | Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
      10:40 | "Sədərək"də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?- Deputat açıqladı
      24-08-2025
      23:00 | “Sədərək”də yanan mağazanın 1,5 MİLYONA YAXIN BORCU VARMIŞ?
      22:30 | "Ukraynanın cəsarəti çoxlarını ruhlandırır"- Tramp
      22:25 | Zelenski İlham Əliyevə və Azərbaycana təşəkkür etdi
      22:15 | ATTESTATDA “5” ALIR, QƏBULDA AŞAĞI BAL TOPLAYIR...-  KİMDİR GÜNAHKAR?
      22:10 | Alyaska arxiyepiskopu Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ
      22:05 | Qəzzada 16 fələstinli ÖLDÜRÜLDÜ - “Əl-Cəzirə”
      22:02 | Rusların oğurladığı ukraynalı mer geri qaytarıldı
      22:00 | "Sədərək"də yanan obyekt "Super Toys" şirkətinə məxsus imiş
      21:45 | Ermənistan-Azərbaycan sülh prosesi FAKTLARLA ABŞ NƏŞRİNDƏ - Bir tərəfin iztirabını unutmaqla sülh əldə olunmayacaq
      21:40 | Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi
      21:35 | Putin gələn həftə Çinə dördgünlük səfər edəcək
      21:31 | ABŞ İraqdakı Eyn əl-Əsəd və Viktoriya bazasını tərk edir
      21:27 | Dövlət Agentliyindən abituriyentlərə və valideynlərə MÜRACİƏT
      21:23 | DƏHŞƏTLİ YANĞINDA 12 NƏFƏR tüstüdən ZƏHƏRLƏNİB -  RƏSMİ
      21:15 | Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib
      14:35 | Elçibəylə Ərdoğan bir masada – MARAQLI FOTOnun tarixçəsi
      14:34 | Tatarıstan Respublikasının Rəisi Mehriban Əliyevanı təbrik edib
      14:30 | Ukraynanın Sumı vilayətində daha bir azərbaycanlı həlak oldu - FOTO
      14:05 | ÇÖRÇİLL niyə Ədəbiyyat üzrə NOBEL MÜKAFATINA layiq görülüb?
      14:00 | Əcnəbilərin Rusiyada qalma müddəti dəyişdi
      13:55 | "ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir"-  Rubio
      13:51 | İranda antiterror əməliyyatı keçirilib -  6 nəfər zərərsizləşdirilib
      13:50 | Şimali Koreya növbəti raket sınağı keçirdi
      13:45 | TÜRK serialları dünyanı FƏTH EDİR -  1 MİLYARD TAMAŞAÇI
      13:30 | Ən çox borcu olan dövlətlərin adı açıqlandı - Dünya üzrə borc... 100 TRİLYON DOLLAR
      13:25 | Tramp İlham Əliyevə hədiyyə etdiyi papağın qiymətini açıqladı - Fantastik məbləğ
      13:20 | Kiyev Putinin keçmiş arvadına və Yeltsinin qızına sanksiya TƏTBİQ ETDİ
      13:00 | “Sədərək”dəki yanğın qəsdən törədilib - Həbs olunan var
      12:55 | “SADƏLÖVH OLMAYAQ - QAPIMIZDA BİR ADAMYEYƏN DURUR”- Makron
      12:25 | Son DƏQİQƏ! “Sədərək” ticarət mərkəzində güclü YANĞIN BAŞLADI  
      12:15 | Rusiya-Ukrayna müharibəsi İstanbulda bitəcək - Dövlət Baxçalı
      12:10 | İrəvanda Rusiyanın qırıcı təyyarəsi ilə bağlı insident
      12:00 | Qəzzada AÇLIQ FƏLAKƏTİ - Ölənlərin sayı 281-ə çatıb, 114-ü uşaqdır
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.