SEPAH-da daha bir itki:
İranın məxfi əməliyyatlar generalı qəfil öldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Haqq ölüb.
Bu məlumat müxtəlif İran KİV-lərində və sosial şəbəkələrin İran seqmentində yerləşdirilib. Onun koronovirusdan öldüyü bildirilib.
Rəsmi mənbələr məlumatı hələlik təsdiqləməyib.
Qeyd edək ki, Əli Haqq Suriya və İraqda SEPAH-ın məxfi əməliyyatlarının aparılmasında iştirak edən əsas şəxslərdən biri sayılırdı.
Bundan 4 gün öncə SEPAH-ın Qüds briqadasının komandanının müavini general Məhəmməd Hicazi ürək tutmasından vəfat etmişdi./axar.az
Oxunub: 432
Xəbəri paylaş
Paylaş: