Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…- FOTOLAR

Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Həkəri çayı üzərindən keçən körpünün təmiri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin şirkəti tərəfindən aparılır.
Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Məlumata görə, “ATM Stroy” şirkəti Rusiya hərbçilərinin nəzarətində olan dəhliz ərazisində yerləşən körpünün təmirini may-iyun aylarında başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, həmin vaxt ermənilər üçün böyük hərbi strateji əhəmiyyət kəsb edən Həkəri körpüsünün 44 günlük savaşın ilk günlərində - 2020-ci il oktyabrın 2-də Azərbaycan ordusu tərəfindən raketlə vurulması haqda məlumat yayılmışdı.



Oxunub: 546
Xəbəri paylaş
Paylaş: