Paşinyandan Zəngəzurda dəhlizi soruşdular:
Yenə “olmayacaq” dedi
Etiraz aksiyaları ilə üzləşərək çətinliklə Zəngəzura gedib çıxa bilən Ermənistan baş naziri Nikol Paşinyan yerli sakinlərlə görüşüb.
Turkustan xəbər verir ki, sakinlər ondan Meğri dəhlizi barədə suallara aydınlıq gətirməsini istəyiblər.
Paşinyana küçədə yaxınlaşan yaşlı erməni isə “Azərbaycanlılara Meğri yolundan istifadəyə niyə imkan verilir?” deyə soruşub.
Baş nazir ona cavabında “Yolu kim verir?” deyib. Bundan sonra yaşlı erməni ona söhbətin Meğri dəhlizindən getdiyini söyləyib.
Paşinyan ona cavabında “Əgər onlar Meğri dəhlizi deyirlərsə, biz də Naxşıvan dəhlizi deyirik. Olacaqmı? Olmayacaq. Heç bir yol olmayacaq”,-deyə vurğulayıb.
Ardınca Paşinyan həmin şəxsdən “Dəmir yolu pis olardı?” deyə sual edib. Şəxs dəmir yolu ilə də razılaşmadığını deyərək bunu “Çünki o yol da azərbaycanlılara bizdən daha çox sərfəli olacaq” fikri ilə əsaslandırıb.
Xatıradaq ki, Paşinyan səfəri zamanı etirazlarla üzləşib və hətta Meğri şəhərindən qaçmalı olub.