SABİQ DEPUTATIN ƏXLAQSIZ GÖRÜNTÜLƏRİ YAYILDI...-
Mirələmovun açıqlaması /VİDEO
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə əxlaqsız videosu yayılıb.
Baku TV əməkdaşları görüntülərlə bağlı açıqlama almaq üçün sabiq deputat ilə əlaqə saxlayıb.
Hüseynbala Mirələmov bildirib ki, yayılan görüntülərdən xəbəri yoxdur. Daha ətraflı Baku TV-nin süjetində:
Qeyd edək ki, 30-dan artıq bədii və publisistik kitabın müəllifi, yazıcı və hətta professor olan Mirələmovun qoca yaşındakı əxlaqsız davranışı müəllifi olduğu kitabların adı ilə eynidir - "Xəcalət", "Utanc", "Mənəviyyatın ekologiyası"...
Xatırladaq ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 2008-ci ildən isə partiyanın Xətai rayon təşkilatının sədridir. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisin deputatı olub. YAP-ın son qurultayında isə sabiq deputat Veteranlar Şurasının üzvü seçilib.
Sözügedən görüntülərlə bağlı jurnalistlərin suallarına cavab verən Hüseynbala Mirələmovun son sözləri isə onun nə vəziyyətə düşdüyünü aydın göstərir.
Telefona Hüseynbala Mirələmov kimi cavab versə də, əxlaqsızlığını ifşa olunduğunu eşitdikdə deyir: “Bu mən deyiləm və bu nömrə də mənim deyil...”.