Putinin “çaqqal” təhqirinə ABŞ-dan reaksiya
ABŞ Rusiya Prezidenti Vladimir Putinin “Şirxan və Tabaki” haqqında dediklərini öz üzərinə götürmür.
Bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.
“Biz Prezident Putin tərəfindən hansısa deyilənləri şəxsi qəbul etmirik. Bizim dərimiz qalındır”, – deyə o bildirib.
Qeyd edək ki, Putin dünənki çıxışında Rusiyaya qarşı fəaliyyət göstərən bəzi Qərb ölkələrini çaqqal (Tabaki) adlandırmış, onların öz ağalarını (Şirxan) bununla razı salmağa çalışdığını bildirmişdi./axar.az
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: