“Ərdoğanla görüşüb danışmalıyam…”- Yunanıstanın Baş naziri

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türk mətbuatının xəbərinə görə, bu barədə Yunanıstan hökumətinin başçısı açıqlama verib.
“Ərdoğanla görüşəcəyəm, amma bunun nə vaxt olacağını deyə bilmərəm. Görüş olacaq, çünki danışmalıyıq. Bunun tezliklə baş tutacağına inanıram”, – Mitsotakis qeyd edib.
Mitsotakis iki ölkə arasındakı problemlərin yeganə həllinin beynəlxalq hüquq olduğunu, Türkiyə-Yunanıstan münasibətlərinin artıq Türkiyə-Avropa əlaqələrinə döndüyünü bildirib.
İki ölkə arasında fikir ayrılıqlarına diqqət çəkən baş nazir bununla belə, Türkiyə ilə ortaq dil tapmaq arzusunu da sözlərinə əlavə edib.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: