Rusiya sülhməramlıları nəyə hazırlaşırlar:
ermənilərin ölmüş ruhunu dirçəltməyə?
"Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".
Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Perepelkin deyib.
"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepelkin xatırladıb.
Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlı bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq: "Bu il biz qələbənin 76-cı ildönümünü qeyd edəcəyik. Bu tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr ediləcək".
Bundan başqa, mayın 9-da sülhməramlılar Böyük Vətən müharibəsi veteranlarına kömək məqsədilə bir sıra humanitar
aksiyalar da keçirəcəklər.
P.S. Perepelkinlərin humanitar aksiyasına Azərbaycan müharibə veteranları da qatılacaqmı? Əks təqdirdə bu aksiya erməniyə qucaq açmaq, onları əzizləmək və onların ölmüş ruhunu dirçəltmək aksiyasından başqa bir şey olmayacaq...