İran razılıq verdi: Arazdakı bəndin şimal hissəsi Azərbaycanın nəzarətinə keçdi /FOTO

İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycana həvalə olunub.
Bu barədə İranın Azərbaycandakı Səfirliyinin "Twitter" hesabında məlumat verilib.
Məlumata görə, bununla bağlı İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin iştirakı ilə iclas keçirilib.
İclasda sərhəddə Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub./virtualaz.org

Oxunub: 354
Xəbəri paylaş
Paylaş: