Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi

Gürcüstanda son sutkada daha 1 250 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 463 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent ölüb. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 302 785 yoluxma faktı təsdiqlənib. Yoluxanların 284 749-u sağalıb, 4 007-si isə vəfat edib.
Son 24 saat ərzində 32 minə yaxın test yoxlaması aparılıb.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: