Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Bildirilib ki, Rusiya sülhməramlılarının səyləri sayəsində regiondakı vəziyyət sabit və sakitdir”, - məlumatda deyilir.
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: