Bağdadda xəstəxanada baş verən yanğın zamanı 82 nəfər həlak olub
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 82 nəfərə çatıb.
Report xəbər verir ki, bu barədə yerli
Daha əvvəl ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyasının nümayəndəsi Əl əl-Bayati hadisə zamanı 58 nəfərin həlak olduğunu bildirib.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.
Oxunub: 390
Xəbəri paylaş
Paylaş: