Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib
  • Ramiz Mehdiyev həyat yoldaşını vəzifəyə təyin etdi - FOTO
  • Kənd Təsərrüfatı Nazirliyinə beş milyon manat ayrılıb
  • “Altay dili qədim Türk dillərinin əsasını təşkil edir” – Putindən maraqlı cavab
  • Türk ordusu İraqda 2 şəhid verdi – 2 yaralı var
  • Mədəniyyətimizin ulu kökləri - Türkün dünya fatehliyi bir möcüzə deyil! (Esse)

    • Tarix: 25-04-2021, 14:03


    Rahid Ulusel
    Azərbaycan Milli Elmlər Akademiyası,
    fəlsəfə elmləri doktoru, professor

    Türkün dünya fatehliyi bir möcüzə deyil! 

    Esse

    Genetika və Etika. Qan və Əxlaq. Yalnız bunların uğurlu vəhdəti – sağlam bioloji-genetik yoğurumla sağlam əxlaqi-etik yoğurumun sarmaşması nəinki seçkin insanların, həm də seçkin millətlərin və onların mədəniyyətlərinin təməl daşlarıdır.

    Zat tanıtımı Şərqin həlledici aktıdır. Britaniyanın sınanc ülgüsünə görə, “soysuzlar” heç evlərdə qulluqçu götürülməz. Bizdə də oğullarına qız gözaltı edən analar deyərlər: “Toxum götür, yer axtar!” Toxum – kişi başlanğıcıdır, Yer (Torpaq) – qadın başlanğıcı.

    Mədəniyyətimizin ucalıqlar panteonunun zirvə hörgülərini təşkil edən – Türk Əsilzadəliyi – Türk Ərdəmliyidir. Türk Ərdəmliyinin “toxum-torpağı” – Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatın­lıq, Bəyimlikdir.

    Türkün dünya fatehliyi bir möcüzə deyil, bəşərin tarixi təkamülünün dərin məntiqinə, sapmaz ruhuna əsaslanmış. Böyük Avrasiya məkanında minillikləri qapsayan ardıcıl, kəsilməz türk törəçiliyi – yalnız türk ərdəmliyinin gücünə diri qalmış. Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatınlıq, Bəyimlik – Əski Çağ, Orta Çağ, Yeni Çağ türk mədəniyyətinin və mənəviyyatının özəyini təşkil etmiş.



    Əski və çağdaş türk dillərində "bəy", "alp", "ərən" sözləri ərdəmliyin və qutsallığın dürlü mənaları ilə dolub-daşdanır: kişi, ər, erkək, qoçaq, güclü, cəsur, igid, qəhrəman, cəngavər, atlet, pəhləvan, əsgər, döyüşçü, enerjili, passionar, başçı, lider, basılmaz, yenilməz, öncül, böyük, nəhəng, azman, uca, aydın, işıqlı, ziyalı, əsilzadə, müdrik, ərdəmli... mənaları ilə dərinləşib genələn, nəfəslənib ruhaniləşən bu doğma sözlər insanın fiziki varlığından onun mənəvi varlığınacan ən dəyərli keyfiyyətlərini özünə sığdıran, bugünəcən enerjisini təpən və bu gün də türkü öz ulusal ərdəmliyinə söykədib, onu qüdrətli dayanışıma yetirən tükənməz kəlmələrdir.

    Bəylik – bir çox xalqların tarixində olduğu kimi təkcə sinfi təbəqələşmədən törəyən bir sosial anlayış və təsisat deyil, etnosun, ulusun aparıcı cinahlarını müəyyən edən, ona başçılıq səlahiyyətlərinin yükünü çiyninə almış qüvvələrin təmsilçiliyidir.

    Alplıq – şəxsiyyətin və cəmiyyətin cəngavərlikdən mənəvi ucalığa doğru keçdiyi yoldur. Bu yolda mübarizə və nəcabət bir qədər də genişlənir və dərinləşir. Alpların mənəviyyatı da "alp çəmənlikdir!"

    Ərənlik – türklüyü dünya fatehliyinin və Şərq mədəniy­yətinin zirvəsinə qaldıran ən yüksək əsilzadəlikdir. Bu ali məqamda döyüşkənliklə düşünərlik ayrılmazca qovuşur. Türk mədəniyyəti klassikasında – xüsusilə Nəsi­midən Şah İsmayıladək olan dövrdə ərən – dünyanın yeni insani nizamını yaradan tanrısal qurucudur: Qazi Bürhanəddin deyimincə – "Bu cahan ərənlərin meydanıdır!" 

    Ərən – həm qazidir, həm şair, həm fatehdir, həm sufi, həm sərkərdədir, həm bilgə-filosof. Ərənliyin (Alpərənliyin) başlanğıcı – Salur Qazanlıq, Alp Arslanlıq, Səlcuq Osmanlıq, Şah İsmayıl Xətayilik, sonucu – Bilgə Xaqanlıq, Dədə Qorqudluq, Nəsimilik, Ziya Göyalplıq, Atatürklükdür.



    Çox zaman eyni və yaxın mənalarda işlədilən "bəy", "alp", "ərən", "alpərən" Orta Çağ türk mədəniyyətində ordu quru­cu­luğundan mənəviyyat quruculuğunadək bütün çevrə və pillələrdə uzlaşım əldə edilməsinin açarlarıdır. Döyüş­kənliklə düşünərliyin, əzələ ilə zəkanın, qılıncla qələmin, torpaq fateh­liyi ilə könül fatehliyinin, səltənətçiliklə sufiliyin, çağdaşlıqla əbədiyyətçiliyin harmoniyası türk mədəniyyətinin ən qabarıq özəlliklərindəndir.

    Türkün Bəyi, Alpı, Ərəni cəmiyyəti, ordunu, törəni arxa­dan təkanlamır, öndə çəkib aparır. Bütün eyləmlərində öndərlik, aparıcılıq Bəyliyin, Alplığın, Ərənliyin, Alpərənliyin mayasıdır. Bəy, Alp, Ərən dünya nizamına girən yox, dünya nizamını qurandır. Bəyliyin, Alplığın, Ərənliyin gücünə türk mədəniyyəti dünya mədəniyyətinin ən yoğun, çoxşaxəli budaqlarından birinə çevrilmiş. Türk Bəyinin, Alpı­nın, Ərəninin yurdsevərliyi ilə dünyasevərliyinin vəhdəti yerüzündə var olan mənəvi sərvətlərin ən zənginlərindəndir.



    Yetkin etnos və mədəniyyətlər özlərinin ulusal ərdəmlik­lə­rini həmişə çağ saxlamışlar. Müasir yaponlar, çinlilər, ger­mansoylu xalqlar, xüsusilə amerikalılar və b. "biz – ən üstünük" inancına rasional təpər vermək və əsaslandırmaqla planet liderliyində doğrudan da mühüm üstünlüklər qazanmışlar. 

    Soykökdən gələn belə yetərli üstünlüklərə, deməli, daha bünövrəli, sarsılmaz üstünlüklərə malik olan türklərin dünyaöncüllüyündə hünər göstərməyə daha böyük haqqı və gərəyi var. İki əsrlik əsarət dönəmində əksər hissəsi Rusiya və İran imperiyasının caynağında didilən türklərin ən böyük mənəvi itkisi – Bəylik, Alplıq və Ərənliyindən enməsi, qazan­dığı ən böyük mənəvi zərbə – "aşağılıq kompleksi" olub. 

    Biz indi etiraf etməliyik ki, "aşağılıq kompleksi"ndən sıyrılıb çıxaraq Bəylik, Alplıq, Ərənlik üstünlüklərinə yiyələnmə­yimiz – "üstünlük komplek­si" qazanmağımız kifayət qədər çətin, ağrılı proses idi. Fəqət bu mənəvi sətəlcəm dövrünü sürətlə adlayaraq, özümüzü toparlamamızda həlledici dönüş anı Böyük Vətən Müharibəsindəki qələbəmiz – Qarabağ zəfərimiz oldu. İndi bizim tarixi missiyamız bu zəfərin ulu köklər üzərində yeni, böyük mədəniyyət arenasını yaratmaqdan ibarətdir.



    Bu gün dünyanın qəbul etdiyi bir çox modern dəyərlər türk yaşam tərzində min illər ərzində mövcud olub. Ordu quruculuğundan cəmiyyət, dövlət quruculuğunadək bütün türk həyatı demokratiya gələnəyinin ən yaxşı örnəklərinə yiyəlidir. Bütün irq və soylara, cins və təbəqələrə bərabər yanaşım, ərdəmli kişi davramı, həyalı qadın açıqlığı türkün həyatına kənardan gəlmə bir şey deyil, bu həyatın özünün doğurduğu təbii xüsusiyyətlər olmuşdur. Buna görə də yeni tipli demokratik vətəndaş cəmiyyətinin qurulması türk dünyasında öz ənənələrini möhkəmlətmək və yeniləşdirmək qədərində olasıdır. 

    Vətəndaş cəmiyyətinin aşırılığında sayalığa, demokratiyanın isə aşırılığında özbaşınalığa varmaması üçün türk ərdəmliyinin qutsal dəyərləri həmişə üstün tutulmalıdır. Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatınlıq, Bəyimlik demok­ratik vətəndaş cəmiyyətində harmonik yaşamın, seçi­lər­liyin, bənzərsizliyin, başqalarında itib-batmamağın, hər cür ifratdan saqınmanın ulusal, psixoloji və toplumsal təminatıdır. Azərbaycan ziyalılığının missiyalarından bəlkə də ən başlıcası – bu milli ərdəmliyi dolğunlaşdıraraq gerçəkləşdir­məkdir. 

    Türk dünyasının, eləcə də Azərbaycanın demokra­tik­ləşməsi və modernləşməsi yalnız ərdəmliyin milli mahiyyət kimi gəlişməsi ilə vəhdətdə getməlidir. Yoxsa, yeniləşmək əvəzinə – başqalaşarıq, müasirləşmək əvəzinə – yabançılaşarıq, demokratikləşmək əvəzinə – sayalaşarıq. Və nəticədə, öz-özü­müzü tanımaz olarıq. Dünyanın qüdrətli və rəqabətli gələcəyi – simasız toplumlar deyil, ərdəmli millətlər, özəl mədəniyyətlər birliyidir.

    Oxunub: 419
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.