Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki…-
Mİ-6
Əlaqə kanalları açıq olduğu üçün Böyük Britaniya və ABŞ öz mövqelərini Rusiya rəsmilərinə çatdırmaq imkanlarına sahibdirlər.
Bunu Britaniya Mİ-6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib.
“Rusların heç bir şübhəsi yoxdur ki, Rusiya qoşunlarının Ukrayna sərhədinə yığılması məsələsində Britaniyanın, Bayden administrasiyasının mövqeyi necədir. Çünki əlaqə kanalları açıqdır. Böyük Britaniya və ABŞ Rusiyaya xəbərdarlıq etdi ki, Ukrayna ərazisinə soxulacağı təqdirdə onu ciddi nəticələr gözləyəcək”, – Mur bildirib./axar.az
Oxunub: 405
Xəbəri paylaş
Paylaş: