İsraildə 10 ay sonra ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı
İsraildə son sutka ərzində koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.
Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Sözügedən nəticə ölkədə son 10 ayda ilk olub.
Xatırladaq ki, İsrail əhalisinin 53 faizindən çoxuna koronavirus peyvəndinin ikinci dozası vurulub.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: