Baydenin “soyqırım” açıqlaması:
itirən Türkiyə olmayacaq
Baydenin “soyqırım” deməsi nələrə səbəb olacaq…
1. Türkiyə ABŞ-ın istifadə etdiyi “soyqırım” kartından xilas oldu;
2. Baydenin sözü digər ölkələr üçün presedent yarada bilər, amma bundan sonra hansısa ölkənin tanımasının, yaxud bu məsələdə verilən qərarların effekti bu qədər olmayacaq;
3. ABŞ prezidentinin bu ifadəni işlətməsinin hüquqi tərəfi yoxdur, Ermənistan məhkəməyə müraciət etməyəcək, çünki arxivlərin açılmasında, gerçəklərin ortaya çıxmasında maraqlı deyil;
4. Ermənilərə daha bundan böyük hədiyyə verilməyəcək;
5. Məsələ Ermənistan və erməni diasporunun daxilində qarşıdurma yaradacaq: Paşinyan hakimiyyəti bu “qələbəni” öz ayağına yazacaq, müxalifət və müharibədən sonra Nikolla yollarını ayıran erməni diasporu qarşı çıxacaq; dünən gecədən qarşıdurmanın ilk cücərtiləri görünür;
6. Və ən əsası Türkiyə müstəqil siyasi xəttini daha əzmlə davam etdirəcək: Vaşinqtonun Ankaraya qarşı demokratiya, insan haqları kimi məsələlər üzərindən müdaxiləsi, müxtəlif vasitələrlə təzyiqi, yaxud sanksiyaları türk cəmiyyətinin daha sıx birləşməsinə və dövlətin arxasında dayanmasına zəmin yardacaq.
Qondarma “soyqırım” məsələsində itirən Türkiyə deyil./axar.az