Gürcüstanda daha 521 nəfərdə koronavirus aşkarlanıb - 18 pasiyent ölüb
Gürcüstanda son sutkada daha 521 nəfərə koronavirus diaqnozu qoyulub, 1 058 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 304 272 nəfər təşkil edir. Onların 287 029-u sağalıb, 4 043-ü isə ölüb.
Son 24 saat ərzində 11 226 test yoxlaması həyata keçirilib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: