Ermənistan əhalisi sürətlə qocalır - Doğum sayı 2 dəfə azalıb
“Ermənistanda yaşlı insanlaın sayı getdikcə artmaqdadır: uşaqlar və nəvələr gedir, yaşlı insanlar evdə qalır...”
Bu fikirlər “Sputnik Armenia” portalının “Müharibə, gənclərin ölümü, qaçınılmaz miqrasiya - Ermənistan gözümüzün qabağında qocalır” başlıqlı məqaləsində qeyd olunub.
Məqalədə Ermənistandakı demoqrafik vəziyyətə diqqət çəkilib. Ermənistanda əhalinin tərkibində qocaların sayının Yaponiya ilə müqayisədə heç də az olmadığı vurğulanıb: “Son üç ildə Ermənistanda təbii artımın xeyli yavaşladığını söyləmək olar. Doğum sayı 2018-ci ildə 4087 nəfər idisə, 2020-ci ildə bu rəqəm təxminən yarıbayarı azalaraq 2394-ə düşüb. Uşaqların sayının az olması isə əhalinin getdikcə qocalması və valideynlərin layiqli həyat ümidinin azalması deməkdir.”
“Son zamanlarda, Ermənistanda əhali yalnız təbii yolla deyil, həm də obyektiv şərtlər üzündən qocalır” – deyə, məqalədə vurğulanıb.
Səbəbi kimi isə Ermənistandakı vəziyyət göstərilib: “Qarabağ müharibəsi zamanı övladlarını itirən valideynlərə baxın, nə demək istədiyimi başa düşəcəksiniz. Lakin tək səbəb bu deyil. Ermənistanda həm də boşanmalar çoxdur. Səbəblərdən biri kimi, uzaq ölkələrə uzunmüddətli qazanc əldə etmək üçün gedən ərlərin geri qayıtmamasıdır. Bu azmış kimi, pandemiyaya görə bir çox əmək qabiliyyətli gənc erməni iş tapmaq üçün ölkəni tərk etməkdədir.
“Vəziyyət çıxılmaza doğru gedir, Ermənistan hökuməti isə qətiyyətlə hərəkətsizliyini qoruyub saxlayır” – deyə məqalədə qeyd olunur.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: