Azərbaycanda koronavirus:
son sutkada 806 nəfər yoluxub, 31 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 29 007 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 732, bu günə qədər isə ümumilikdə 3 195 268 test icra olunub.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: