"Rusiyanın Türkiyədə “yumşaq gücü” var -
120 min rus arvadı türk ərlərinin boynunda oturub”
“Ərdoğan İncirlik bazasını Rusiyaya təhvil verməyə hazır idi”.
Bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bildirib.
“Solovyev Live”-də danışan Jirinovskinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşü zamanı İncirlik hava bazasını Rusiyaya ötürmə ehtimalına eyham vurub. “Ərdoğan ilə görüşəndə, o, İncirlik bazasını Rusiyaya təhvil verməyə hazır olduğunu söylədi”.
İncirlik hava bazası Türkiyə və ABŞ Hava Qüvvələri tərəfindən ortaq şəkildə istifadə olunur. Co Bayden Osmanlı İmperiyasında “erməni soyqırımı”nı tanıdıqdan sonra bir sıra türk siyasətçilər amerikalılara qarşı sanksiyalar kimi onları bazadan qovmağı təklif ediblər.
Vladimir Jirinovski Rusiyanın Türkiyə ilə razılığa gələ biləcəyinə inanır. Xüsusilə, Ankaranın Krımı Rusiya ərazisi kimi tanıması qarşılığında, Moskva Şimali Kipr Türk Respublikasını tanıya bilər.
Liberal Demokrat Partiyasının lideri bildirib: “Ərdoğanın bir xilası var – Rusiya”.
Rusiyalı siyasətçi Ankaranın “Bayraktar TB2” pilotsuz təyyarələrini satdığı Ukrayna uğrunda Rusiya ilə münasibətlərinin tamamilə pozmayacağına da əmindir. Onun fikrincə, ABŞ, Rusiya ilə müqayisədə, Ankaranı daha çox təhdid edir, Ərdoğanı “kənarlaşdırması” Ağ Evr üçün sərfəlidir. Buna görə də, Türkiyə Rusiyaya yaxınlaşa bilər.
Jirinovski Türkiyədə Rusiyanın “yumşaq gücü”ünün mövcudluğunu dilə gətirib. “120 min rus arvadı türk ərlərinin boynunda oturub və ailələrə rəhbərlik edirlər”,- deyə siyasətçi zarafat edib./yenisabah.az