Gürcüstanın əhalisi artıb -
sayları 3 mln. 728,6 min nəfər təşkil edir
Bu ilin yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin sayı 3 mln. 728,6 min nəfər təşkil edir.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə əhalinin sayı 11,7 min nəfər və yaxud 0,3% artıb.
Qonşu ölkə əhalisinin 1 milyon 796,2 min nəfəri kişilər, 1 milyon 932,4 min nəfəri isə qadınlardan ibarətdir.
Azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində isə əhalinin sayı 437,3 min nəfərdir ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 3,1 min nəfər çoxdur.
Oxunub: 396
Xəbəri paylaş
Paylaş: