Seçkidən sonra küçə mübarizəsi olacaq - Köçəryan elan etdi
Ermənistanda növbədənkənar parlament seçkiləri asan olmayacaq.
Bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, səsvermə günü seçki məntəqələrində səsləri qətiyyətlə və israrla müdafiə edəcək böyük sayda etibarlı şəxslər ordusuna ehtiyac var.
O, seçki qərargahının artıq formalaşdırıldığını bildirib:
“Seçki asan olmayacaq. Başa düşürəm ki, biz artıq küçə mübarizəsində ixtisaslaşmışıq. Böyük ehtimalla buna ehtiyac olacaq”.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: