Azərbaycanın rəsmi milyonçuları:
ADLAR VƏ SƏRVƏTLƏRİ - SİYAHI
Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditoriyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.
Təbii ki, İsmayılov ilk milyonçu deyildi. Bu şəxs haqqında məlumat tapmaq çətindir. Mətbuat yazır ki, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Məsələn, Hikmət İsmayılovun qazancı yalnız "AFB Bank" və "Bank of Baku" ilə kifayətlənmir. Bu şəxs "AzSığorta" şirkətinin yeganə səhmdarıdır. Başqa sözlə, o, sığorta şirkətinin 20.3 milyon manatlıq səhmdar kapitalının tamamına sahibdir. Üstəlik, şirkət ötən il iş adamına 1.9 milyon manat qazandırıb.