“ABŞ Əfqanıstanda müharibəni uduzdu və indi qaçır”-
Patruşev
Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun Əfqanıstandan çıxarılması Vaşinqtonda təşkil olunmuş və koordinasiya edilmiş kimi təqdim edilsə də, bu, adi qaçışdır. Amerikalılar müharibəni uduzublar və indi bu ölkəni taleyin ümidinə buraxırlar.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin iclasının yekunlarına əsasən bəyan edib.
Patruşev xatırladıb ki, bu oyunu məhz amerikalılar qurublar - Əfqanıstanı bölgədə öz geosiyasi təsir məkanına çevirmək məqsədi güdüblər.
«Məhz ABŞ - indi özünün Əfqanıstanda hərbi iştirakını yığışdıran ölkə, SSRİ-yə qarşı durmaq üçün öz vaxtında «Taliban»ı yaradıb və ardınca ondan «Əl-Qaidə» çıxıb - Patruşev izah edib. - Artıq bir neçə onillikdən sonra Rusiya və onun həmkarları Amerika geopoltikasının ağır nəticələrini aradan qaldırmaqla məşğuldurlar, illərdir ki, ölkədə sabitlik yaradılması üzərində işləyirlər. Və elə həmin vaxt amerikalılar bu dağıdıcı oyunlarla məşğul olublar…»
O, qeyd edib ki, Rusiya əfqan tənzimləməsində təşəbbüsü heç vaxt əldən verməyib, KTMT üçün isə Əfqanıstandakı situasiya artıq neçə ildir ki, prioritet fəaliyyət sahəsi sayılır. Bu zaman Rusiya Əfqanıstanda tərəflərin barışması və sabitlik üzrə bütün maraqlı dövlətlərin səylərini dəstəkləyir.