Türkiyə xüsusi təyinatlıları Suriyada YPG terrorçularını məhv edib
Türkiyənin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı zonasında YPG-nin (PKK terror təşkilatının Suriya qanadı-red) dörd terrorçusunu məhv edib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, terrorçular Türkiyə hərbçilərinin mövqeyinə hücum hazırlığı zamanı məhv ediliblər.
Qeyd edilir ki, Suriyanın şimalında sabitliyi pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ hərəkətləri nəticəsində zərərsizləşdiriliblər.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: