FIFA prezidentindən önəmli açıqlamalar
"Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) seminarında çıxışı zamanı deyib. 50 yaşlı funksioner Qətərin mundiala hamıdan əvvəl hazır olacağını bildirib: "Bu, dünyanı müsbətə doğru dəyişəcək fantastik hadisə olacaq. Çünki insanlar Qətərə yollanarkən, ərəb dünyasına qarşı düşüncələrimizin əsası yoxdur".
İnfantino futbolu qloballaşdırmaq istədiyini də açıqlayıb. Onun fikrincə, futbolun dünyada bir nömrəli idman növü olmasının səbəbini anlamaq çox vacibdir: "Dərindən axtarsanız, görəcəksiniz ki. ən yaxşı futbol bir necə ölkədə cəmləşib. Biz futbolun yalnız bir neçə ölkədə mövcudluğunun qayğısına qalmamalıyıq. Məhz bu səbəbdən, Afrikaya səfər etmişdim. Rusiyadakı son dünya çempionatında 8 1/4 finalçıdan 6-sı Avropa ölkəsi idi. Avropa və dünyanın digər hissəsi ilə fərq get-gedə böyüyür".
Dünya çempionatında komandaların sayının artırılma məsələsinə gəldikdə, İnfantino deyib: "Biz iki yarışı - hazırkı klublararası dünya çempionatını və Konfederasiyalar Kubokunu ləğv edirik. Biz yeni yarış əlavə etmirik, futbolun xeyrinə dəyişdiririk. Ona görə də klublararası dünya çempionatını yeni formatda təşkil edəcəyik".
FIFA prezidentinin fikrincə, gələcək mundiallarda namizədlərin say çoxluğunun artımı yalnız futbola kömək edəcək: "DÇ-2030-dək mən xalqın iradəsinə hörmət edəcəyəm. Nə qədər çox iştirakçı olsa, o qədər sevinəcəyəm".