Qırğızıstan Sərhəd Xidməti:
Tacikistanlı hərbçilər yaşayış evlərini atəşə tutublar
Tacikistanlı hərbçilər Qırğızıstanın Arka kəndindəki yaşayış evlərinə atəş açıblar.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Qırğızıstanın Sərhəd Xidmətindən xəbər verilib.
Bildirilir ki, bundan əvvəl kənd sakinləri təxliyyə edilib.
Hazırda Tacikistanla sərhəddə vəziyyət gərgin olaraq qalır. Qırğızıstanın sərhəd bölmələri müdafiə mövqeləri tutublar.
Tacikistandan bu mövzuda açıqlama verilməyib.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasında münaqişə iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Altı saatdan çox davam edən atışma nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: