Taliban ABŞ-a meydan oxudu:
Vaxt bitib, hərəkətə keçəcəyik
Əfqanıstanı tərk etməyən xarici qüvvələrə qarşı lazımi addımlar atılacaq.
Bunu Taliban sözçüsü Zəbihullah Mücahid deyib.
"Xarici qüvvələrin Əfqanıstandan çıxarılması barədə razılaşdırılmış 1 may tarixi artıq keçib və bu pozuntu "Əfqanıstan islam əmirliyi" mücahidlərinin işğalçı qüvvələrə qarşı hərəkətə keçməsinə yol açdı", - Mücahid söyləyib.
Qeyd edək ki, ötən ilin 29 fevralında Dohada imzalanan müqaviləyə əsasən, ABŞ 2021-ci ilin mayına qədər Əfqanıstanı tamamilə tərk etməli idi.
Prezident Baydenin əmrinə əsasən, ABŞ ordusunun 1 maydan Əfqanıstandan çıxarılmasına başlanılıb.
Proses 11 sentyabra qədər yekunlaşmalıdır./axar.az
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: